LG şirkəti yeni məhsullarını təqdim edəcək

30-12-2016 / 10:20

LG Electronics şirkəti Las-Veqasda (Nevada, ABŞ) keçiriləcək “İstehlak Elektronikası Sərgisində” (CES 2017) TONE seriyasının bir sıra yeni audioqurğularını nümayiş etdirəcək.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, şirkət ilk dəfə olaraq LG TONE Studio (HBS-W120 modeli) şəxsi daşına bilən audiosistemini təqdim edəcək.

Bu sistem bir neçə istiqamətə yönələn səslənməni təmin edən dörd səsyayanla təchiz edilib. Qurğu DTS şirkətinin mütəxəssislərinin dəstəyi ilə hazırlanıb.

Bundan başqa, sərgidə simsiz stereofonik TONE Free (HBS-F110 modeli) dəstinin da təqdim olunması planlaşdırılır. Bu dəst boyunda daşıma üçün nəzərdə tutulmuş boyunbağıda bərkidilən çıxarılabilən qulaqcıqlardan ibarətdir. Bu boyunbağı qulaqcıqların batareyalarının yenidən yüklənməsini təmin edir.

Qeyd edək ki, LG pavilyonunda digər yenilikləri də görmək mümkün olacaq. Bunlara misal olaraq, ProBeam yığcam lazer proyektoru və 4K Ultra HD, geniş dinamik diapazona malik 32 düymlük monitorunu göstərmək olar.  

Günel 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə