Logitech Squeezebox Boom–dan mobil musiqi pleyeri

01-09-2008 / 17:31

Logitech şirkəti gücləndirici ilə quraşdırılmış inteqral mobil musiqi pleyeri təqdim edib.
Pleyeri ev şəbəkəsindən istifadə edərək işə saldıqdan sonra kompüterdə, internet-radiolarda, eləcə də Rhapsody, Last.FM, Slacker, Pandora və Sirius kimi abonent xidmətlərində olan istənilən musiqi kompozisiyalarını dinləmək olar. Squeezebox Boom pleyeri MP3, FLAC, WMA, WMA Lossless, AAC, Apple Lossless, WAV AIFF formatları ilə işləyir.
Squeezebox Boom-da 802.11g-lıq simsiz texnologiya və ikiləşmiş daxili antennalar istifadə olunur. Bundan əlavə, pleyeri Ethernet-port vasitəsilə ev şəbəkəsinə qoşmaq olar. Pleyer qeydiyyatdan sonra SqueezeNetwork şəbəkəsində olan minlərlə internet-radiolarına, musiqi fayllarına çıxış əldə edə bilər.
Pleyerdə ikiləşmiş, şifrəvi 30  Vt-lıq gücləndirici, 1,9 sm diametrli yumşaq diffuzorla iki VÇ-dinamika və yüksək işləmə amplitudası olan iki 7,6 sm diametrli NÇ-dinamika istifadə olunur. Gücləndirici ikikanallı güc sistemi ilə işləyir. Minimal səs-küylü və yanlışlıqlı səs almağa kömək edən audioprosessor da daxil olmaqla D dərəcəli gücləndirici və şifrəvi krossoverlə təchiz olunub. Heç kəsə mane olmadan musiqiyə qulaq asmaq üçün standart 3,5 mm ayırıcısı ilə olan qulaqcıqları taxmaq olar.
Pleyer zəngli saat kimi də işləyə bilər.
Displeyin altında yerləşdirilmiş 6 düymə musiqiləri, internet-radioları və ifa olunanlar siyahısını seçməyi və  xatırlatmağı  sadələşdirir.
Dəstə daxil olan pult distansiyon idarəetməyə imkan verir.
Logitech Squeezebox Boom mobil musiqi pleyerinin ABŞ və Avropada sentyabrda 280 avro dəyərində satışda olacağı gözlənilir.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə