London Avropanın ən böyük innovasiya mərkəzini açır-Fotolar

26-07-2016 / 10:06

İnternet və texnologiya startaplarının gətirdiyi iqtisadi dəyər yeni nəsil şəhərləşmə layihələrində də özünü göstərir.

London bu istiqamətdə  Avropanın ən böyük texnologiya innovasiya mərkəzinə ev sahibliyi etməyə hazırlaşır.

Xeberler.az xarici  texnologiya saytlarına istinadən məlumat verir ki,  ingilis əmlak şirkəti DELANCEY ilə texnologiya konsaltinq şirkəti Entiq ortaqlığında reallaşdırılan layihə Avropanın ən böyük texnologiya mərkəzi olmaq iddiasındadır.

6300 kvadrat metrlik bir sahədə inşa ediləcək mərzkəzin 2017-nin yanvar ayında açılması və 500 nəfərlik tutuma sahib olması planlaşdırılır.

Queen Elizabeth Olympic Park daxilində inşa ediləcək  texnologiya mərkəzində idman və modadan “ Əşyaların İnterneti” nə qədər  fərqli kateqoriyalardan sahibkarlar özünə yer tapacaq.

Sahibkarlar gözəl bir mərkəzə sahib olmaqla yanaşı, biznesi sürətləndirmə proqramları və sahibkarlıq dərslərindən də faydalana biləcək.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə