London şəhərində “İnnovativ məktəb” mövzusunda beynəlxalq konfrans keçirilib

23-01-2009 / 09:32

Yanvarın II ongünlüyündə London şəhərində “İnnovativ məktəb” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans Böyük Britaniyanın Təhsil Nazirliyi tərəfindən təşkil olunub.

“Microsoft Azərbaycan” şirkətinin dəvəti ilə Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov, Bakı Avropa litseyinin direktoru Zülfiyyə Veysova, akademik Zərifə Əliyeva adına orta məktəbin direktoru Məhəbbət Vəliyeva və “Təhsildə əməkdaşlıq” proqramı üzrə “Microsoft Azərbaycan” şirkətinin meneceri Emin Axundov bu konfransda iştirak etmişlər.

Azərbaycan nümayəndə heyətinin qeyd edilən konfransda iştirakının məqsədi “Microsoft” şirkətinin bütün dünyada dəstəklədiyi innovativ məktəblər konsepsiyası ilə tanış olmaqdan ibarət idi.

Nümayəndə heyəti innovativ məktəblər mövzusuna həsr olunan müzakirə, treninq və seminarlarda iştirak etmiş, bu istiqamətdə aparılan işlərlə yaxından tanış olmuşlar.

Onu da qeyd edək ki, nümayəndə heyətinin bu tədbirdə iştirakı Təhsil Nazirliyi ilə “Microsoft” korporasiyası arasında mövcud olan strateji əməkdaşlıq çərçivəsində həyata keçirilib.

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.