LTE-Advanced texnologiyasının texniki parametrləri razılaşdırılıb

01-03-2011 / 17:58

Dünyanın aparıcı smartfon istehsalçıları mobil kanal üzrə saniyədə 1 Qbit sürətədək keçirtmə qabiliyyətinə malik LTE-Advanced yeni mobil məlumat ötürmə texnologiyasının texniki göstəricilərini razılaşdırıb.

Xeberler.az portalının Rabitə və İnformasiya nazirliyinin rəsmi internet səhfəsinə istinadən verdiyi xəbərə görə, Tayvanda danışıqlar aparan istehsalçı şirkətlərin nümayəndələrinin sözlərinə görə, yeni LTE-Advanced Release 10 standartı audio/video faylların mobil qurğulara ötürülməsi üçün idealdır. Bundan əlavə hazırkı texnologiya mobil qurğular arasında müxtəlif servislər üzrə rabitə yaratmaq imkanı verir (misal üçün, sensor, videokamera, yanğın mühafizəsi, siqnalizasiya və digər şəbəkələr).

Danışıqlar əsnasında aparıcı telefon istehsalçılarının nümayəndələri daxil olmaqla 800-ə yaxın iştirakçı cari ilin mart ayında yekun təsdiq olunma mərhələsində olacaq yeni standartın texniki detallarını razılaşdırıblar.

Toplantı iştirakçıları qeyd ediblər ki, onları standartın hazırda razılaşdırılmış texniki parametrləri tam qane edir. Müzakirələr zamanı HTC, Nokia və Samsung Electronics şirkətlərinin nümayəndələri fəallıqları ilə seçiliblər.

Xatırladaq ki, 2010-cu ilin noyabr ayının sonunda Beynəlxalq Telekommunikasiya İttifaqı LTE-Advanced texnologiyasını rəsmi olaraq, dördüncü nəsil simsiz rabitə standartı (4G) kimi qəbul edib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə