“Made in Azerbaijan” biznes ideya müsabiqəsinin qalibləri açıqlandı

22-04-2016 / 20:46

Aprelin 22-də Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Kapital Bank ASC, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), İnnovativ Biznes-İnkubatorun birgə təşkilatçılığı ilə tələbələr arasında keçirilən “Made in Azerbaijan” biznes ideya müsabiqəsinin qalibi müəyyən edilib.

Universitetin mətbuat xidmətindən Xeberler.az-a verilən məlumata görə, UNEC rektoru, professor Ədalət Muradov bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının Prezindenti İlham Əliyevin 18 yanvar 2016-cı ildə “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncamın tətbiqinə ali təhsil müəssisələri səviyyəsində dəstək vermək, tələbələr arasında sahibkarlıq fəaliyyətinə marağı təbliğ etməkdir.

Tələbələrə güvəndiyini bildirən rektor, “Made in Azerbaijan” brendinin gənclərin yarada biləcəyinə inandığını vurğulayıb.

Kapital Bank ASC-nin idarə heyəti sədrinin I müavini Fərid Məmmədov müsabiqənin mahiyyətini yüksək qiymətləndirib.

Ekspertlər Şurasının 9 universitetin 65 tələbəsinin təqdim etdiyi 59 biznes ideya içindən 7 finalçını seçdiyini bildirib.

Tədbirdə 7 finalçı biznes ideyalarını təqdim edib və münsiflər heyəti 3 qalibi seçib.

Müsabiqənin qalibi UNEC-in III kurs tələbəsi Kərim Rzabəyli ilə Xəzər Universitetinin III kurs tələbəsi Alpaslan İsmailovun birgə hazırladığı EcoRise kompüter oyunu layihəsi olub. İkinci yerə UNEC-in III kurs tələbəsi Fəqan Çələbizadənin TagWishes.com, üçüncü yerə isə UNEC-in IV kurs tələbəsi Xəyyam Gözəlovun “Xarı Bülbül” (Karabah House) biznes ideyaları layiq görülüb.

I yerin qalibi 1000, II yer 750, III yer isə 500 AZN ilə mükafatlandırılıb. 4 finalçıya isə 200 AZN məbləğində pul mükafatı verilib.

Münsiflər heyəti biznes ideyaları tətbiqinin mümkünlüyü, məhsulun və ya xidmətin brendləşmə perspektivi, investisiya cəlbediciliyi, təqdimatı, sualların cavablandırılması, orijinal və kreativ yanaşmaya görə qiymətləndirib.

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.