Mark Zuckerberg ilk dəfə iftara qatılıb

24-06-2017 / 11:40

Facebook CEO-su Mark Zuckerberg ilk dəfə iftara qatılıb.

Xeberler.az məlumat  verir ki, bu barədə şirkət rəhbəri öz Facebook səhifəsində foto paylaşaraq, təəssüratlarını bölüşüb.

Belə ki, CEO Minneapolisdə Somalidən olan qaçqınlarla iftar edib.

Mark qeyd edib ki, qaçqın kimi hansı ölkəyə düşəcəyinizi seçə bilmirsiniz:

“26 ilini qaçqınlar üçün düşərgədə keçirən birindən ABŞ-da özünü evdəki kimi hiss edib-etmədiyini soruşanda  çox sadə, amma dərin mənalı cavab aldım: "Ev istədiyinizi sərbəst şəkildə edə bildiyiniz yerdir".

Şirkət rəhbəri qeyd edib ki, dünyada onun istədiyi kimi yaşamasının, rahat olmasının mümkün olduğu çox az yer var::

"Doğulduğu ölkə və ölkəmiz azadlıq dəyərləridir. Amerika üçün nə qədər gözəl bir qazanc!".

O, iftar süfrəsi təşkil edən somalili qaçqınlara qonaqpərvərliyə görə təşəkkür edib:

"Gücünüzə və yad bir yerdə yeni həyat qurmaqda göstərdiyiniz qətiyyətə heyranam. Siz bu ölkənin nəyə görə belə möhtəşəm olduğunu bir daha xatırladırsınız".

 

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə