Mark Zuckerberq qaçqın düşərgələrini internetə qoşacaq

28-09-2015 / 15:58

Facebook sosial şəbəkəsinin qurucusu Mark Zuckerberq qaçqınları internetlə təmin etmək işində BMT-yə kömək edəcəyini bildirib.

Xeberler.az –ın məlumatına görə, Mark bu barədə BMT-də çıxışı zamanı deyib və bunu öz Facebook səhifəsində  paylaşıb.

O bildirib ki, sosial şəbəkə miqrantların tezliklə kömək almasına və ailələri ilə əlaqə qurmasına yardımçı olacaq.

Mark  Zuckerberq qeyd edib ki, qaçqın düşərgələrini internetə qoşmaq heç də altruizm nümunəsi deyil və sosial şəbəkəyə yeni istifadəçilər cəlb etmək vasitəsidir.

Facebook-un yaradıcısı inkişaf etməkdə olan ölkələrdə internetə çıxışın genişləndirilməsinin 160 milyona yaxın adamı səfalətdən xilas edəcəyini söyləyib. 

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə