Marsa uçuş üçün 1 milyard dollar dəyərində saziş imzalanıb

24-11-2015 / 11:15

ABŞ Kosmik Agentliyi (NASA) Mars planetinə Orion pilotlu gəmisinin göndərilməsi məqsədilə istifadə ediləcək yeni ağır SLS raketdaşıyıcıları üçün mühərriklərin yaradılmasına dair Aerojet Rocketdine şirkəti ilə saziş imzalayıb.

Xeberler.az xarici mətbuata istinadən bildirir ki, 2024-cü ilin sentyabrınadək qüvvədə olacaq sazişin məbləği 1,16 milyard dollar təşkil edir. 

SLS raketdaşıyıcısı Orion pilotlu gəmisinin uzaq kosmosa, o cümlədən Ay ətrafında orbitə keçiriləcək asteroidə və son nəticədə Marsa göndərilməsi üçün dörd RS-25 mühərrikindən istifadə edəcək. Vəsaitlərə qənaət məqsədilə SLS ilk dörd startını Shuttle kosmik gəmilərində istifadə edilən hazır mühərriklə həyata keçirəcək, lakin növbəti uçuşlar üçün Aerojet Rocketdine şirkəti onları modernləşdirəcək və güclərini artıracaq.

NASA-nın sifarişi ilə yeni ağır raketdaşıyıcısının hazırlanması ilə uzun illərdir Boeing şirkəti də məşğul olur. Raketdaşıyıcısı müxtəlif modifikasiyalarda yaradılacaq və orbitə 70-130 ton ağırlığında yükləri çıxara biləcək. Mütəxəssislərin hesablamalarına görə, raketin bir buraxılışı 500 milyon dollara başa gələcək ki, bu da Shuttle gəmilərinin hər bir missiyasının dəyərindən 1,5 dəfə azdır.

Yeni raketdaşıyıcısı və Orion gəmisi birlikdə uzaq kosmosa, o cümlədən Marsa pilotlu uçuşlar üçün çoxfunksiyalı inteqrasiya olunmuş sistem olacaq. İki ay əvvəl NASA Orion gəmisi ilə Marsa ilk pilotlu sınaq uçuşu 2023-cü ilin aprelində həyata keçirə biləcəyini bəyan edib. Bunadək - təxminın 2018-ci ildə SLS raketdaşıyıcısı ilə ilk dəfə gəminin buraxılması nəzərdə tutulur. Orion ilk sınaq uçuşunu Delta IV raketdaşıyıcısı vasitəsilə 2014-cü ilin dekabrında həyata keçirib.  

Xeberler.az

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə