Mastercard Azərbaycan üzrə yeni menecer təyin edib

25-05-2018 / 15:01

Qlobal ödəniş texnologiyaları təchizatçısı olan Mastercard şirkəti Erdem Çakarı Azərbaycan üzrə menecer təyin edib.

Xeberler.az bildirir ki, Erdem Çakar böyük təcrübəsi sayəsində Mastercard-ın Azərbaycanda strateji inkişafı, şirkətin biznes və əhəmiyyətinin artması istiqamətində çalışacaq.

Erdem Çakar 1998-ci ildə Boğaziçi Universitetinin iqtisadiyyat fakültəsini bitirib. O, peşəkar karyerasına “Citibank Turkey”də başlayıb və orada ödəniş sistemlərinin kredit riskinin idarəsi ilə məşğul olub. Erdem Çakar 2002-ci ildə Belçikaya köçərək ilk dəfə “Citi Operations and Technology” sisteminin regional inkişafı üzrə məsuliyyəti öz üzərinə götürüb və Avropa bazarlarında internet-bankinqi işə salıb. O, 2006-cı ildə dünya üzrə 12 bazarda “Citi Shell” ko-brendlərin qlobal işə salınması və idarə edilməsi ilə məşğul idi.

Erdem Çakar Mastercard Turkey-də 2009-cu ildən çalışaraq əsasən hesabların idarə edilməsinə və məhsulların keyfiyyətinə cavabdeh idi. Hazırda o, emitent və ekvayer bankların qüvvədə olan modelləri, pərakəndə və elektron ticarət satıcıları, həmçinin Avropa mobil şəbəkə operatorları ilə çoxillik iş təcrübəsini Azərbaycanda istifadə etməyə olduqca həvəslidir.

 Azərbaycanda Mastercard-ın biznesinə rəhbərlik etmək imkanına çox şadam. Biz Azərbaycanı nağdsız ödəniş sahəsində regionun lideri və Mastercard-ın ən mütərəqqi texnologiyalarını tətbiq edən ilk ölkə kimi görmək istəyirik”, - deyə “Mastercard”ın yerli bazarda uzunmüddətli öhdəliklərini vurğulayan Erdem Çakar bildirib.

 Azərbaycan Mərkəzi Bank ilə birgə hazırlanan “Nağdsız Azərbaycan yolunda” layihəsi, “Priceless Special” platformasının işə salınması, ASAN "İnnovasiyalar mərkəzi" ilə maliyyə savadlılığı proqramının təşəbbüsü və şirkətin Bakı ofisinin açılması kimi bir sıra uğurlu layihə həyata keçirdikdən sonra Mastercard-ın Azərbaycan üzrə keçmiş meneceri Alper Meriç iqtisadiyyatı çox sürətlə inkişaf edən bazarlarda loyallıq və müəssisələrin strateji təhlükəsizliyi istiqamətlərinin başçısı təyin edilib. O, yeni vəzifəsində Mastercard üçün qiymətli olan loyallıq və təhlükəsizliyin təmin olunması üzrə məhsul və xidmətlərin hazırlanmasında fokuslaşaraq 15 ölkəyə cavabdeh olacaq.

 

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə