MasterCard istifadəçiləri barmaq izi ilə ödəniş edəcək-Video

21-04-2017 / 14:22

MasterCard ödəniş sistemi Afrikada  sensorlu barmaq izi skaneri ilə çalışan  kartlar təqdim edib.

Xeberler.az  xarici mediaya istinadən məlumat verir ki, sınaq mərhələsində olan bu texnologiya ilə barmaq izləri kredit kartlarının üzərindəki çipdə saxlanacaq. Sistem iki barmağa aid izlərin saxlanmasına imkan verəcək. 

Qeyd edilir ki, bu barmaq izləri eyni şəxsə mənsub olmalıdır.

Onu da bildirək ki, bu kartların  qalınlığı adi kredit kartı qalınlığındadır. Barmaq izi skaneri yuxarı sağ küncdə yerləşən və ödəniş terminalında istifadə edilə bilən kiçik düzbucaqlı şəklindədir.

Şirkət 2017-ci ilin sonundan barmaq izi sensorlu kartların bütün dünyada istifadəyə verməyi planlaşdırır.

Məlumata gəörə,  mövcud olan çiplər solda və daha öndə yerləşdiyi üçün kart POS-terminala daxil edildikdə biometrik yer rahat istifadə oluna biləcək.

Yeni texnologiya tam hazır olduğunda banklar müştəriləri bu barədə məlumatlandıracaq.

Günel

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.