Mastercard və Uber Bakıda birgə aksiya keçirir

24-04-2017 / 12:01

Beynəlxalq ödəniş texnologiyaları təchizatçısı olan Mastercard və beynəlxalq texnologiya şirkəti Uber Bakıda birgə aksiyaya  başlayıb.

Xeberler.az-ın məlumatına görə,  sözügedən aksiya çərçivəsində hər bir yeni Uber istifadəçisi ilk iki gediş üçün 10 AZN-dək endirim əldə edəcək. Kampaniya cari ilin iyulun 17-dək davam edəcək.

Aksiyada iştirak etmək üçün mobil telefona Uber tətbiqini yükləmək (AppStore, Google Play və Windows Market-də yükləmək mümkündür), qeydiyyatdan keçmək, Mastercard kart vasitəsilə ödəniş etmək, Promokodlar bölməsində MastercardBaku promokodunu daxil edib, lazımi ünvana sifariş vermək lazımdır.

Aksiyada Uber tətbiqində yalnız Mastercardm kartı vasitəsilə qeydiyyatdan keçmiş yeni istifadəçilər iştirak edə bilərlər.

Uber və Mastercard şirkətləri 2016-cı ildə də bir neçə birgə kampaniyanı uğurla həyata keçirib.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.