Mastercard yeni texnologiya təqdim edib

16-10-2017 / 16:42

Portuqaliyada keçirilən “Mastercard Qlobal Risk Liderliyi” konfrasının nəticələrinə görə, istehlakçıların gözləntiləri artıq dəyişib

Belə ki, 22-39 yaş arasında olanların fırıldaqçılıqla üzləşdikdə əlaqəli təşkilatlara qarşı dözümünün əvvəlki nəsillərlə müqayisədə çox azaldığını bildirən Mastercard şirkəti brendlər üçün “etimad” yaratmağın əhəmiyyətinin artdığını vurğulayır.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə,  hər gün onlarla yerə daxil edilən şəxsi məlumatların pis niyətli insanların əlinə keçmədən güvənli şəkildə qorunması məsələsi aktuallığını qoruyarkən 2016-cı ildə 4,2 milyard qeydiyyat məlumatının oğurlanması və sadəcə ötən ay 143 milyon şəxsiyyət kopyalanması halları qeydə alınıb.

Bu məlumatların internetə yüklənən andan sonra cinayətkarların əlinə keçməsi 9 dəqiqə vaxt alır. Texnologiya ilə bərabər təhlükəsizlik tədbirləri inkişaf etsə də fırıldaqçılar hər gün yeni üsullar axtarışındadır.

Ödəmələrdə şəxsi məlumatlarla yanaşı təhlükəsizliyin təmin olunmasının ən vacib elementlərindən biri də şəxsiyyətin təsdiqlənməsidir. Qurumlar üçün də əməliyyatı həyata keçirənlə şəxsi məlumatları daxil edilən şəxsin eyni olmasını müəyyənləşdirə bilmək kritik əhəmiyyətə malikdir.

Rəqəmsal texnologiyanın ən çox tətbiq olunduğu sahələrdən biri olan ödəmələrdə istehlakçının etimadını qazanmaq nağdsız bir dünya yaratmaq üçün çox vacibdir. Bugünədək istifadə olunan və xatırlanması çətin olan şifrələrin yerini artıq Mastercard-ın təklif etdiyi EMV çiplər və biometrik şəxsiyyət təsdiqləyicilər alır. Beləliklə, istifadəçinin şifrəsini daxil edərkən artıq “şifrəm başqasının əlinə keçər” deyə qorxusu aradan qalxır.

İstehlakçılar selfie çəkərək, ürək döyüntüləri ilə və ya barmaq izləriylə əməliyyatı həyata keçirənin özləri olduğunu təsdiqləyə bilirlər. Bu məlumatların kopyalanmasının qarşısını almaq üçün Mastercard şirkəti “NuData” kimi qabaqcıl texnologiya şirkətləriylə çalışır və cinayətkarların şəxsə özəl məlumatlarını kopyalamasını önləyir.

Mastercard-ın yeni nəsil şəxsiyyət doğrulama texnikaları ilə yanaşı, görünməyən digər təhlükəsizlik sistemləri də mövcuddur.

Süni intellekt texnologiyasından istifadə edərək hiyləli əməliyyatları müəyyənləşdirən və yanlış yerə keçərsiz sayılan əməliyyat ədədlərini azaldan “Decision Intelligence” həlli bunun ən yaxşı nümunələrindəndir. Mastercard-ın bu yeni texnologiyası istehlakçının alış-veriş tarixçəsi, kartdan istifadə alışqanlıqları kimi şəxsə özəl və real-vaxt rejimində məlumatlara əsaslanaraq, qeyri-adi davranışlarda istifadəçini xəbərdar edir və həmin əməliyyatı keçərsiz hesab edir.

“Decision Intelligence” həlli bu funksiyanı yerinə yetirmək üçün müştərinin seqmenti, risk profili, olduğu ərazi, alış-veriş edilən nöqtə, istifadə olunan cihaz məlumatları, alış-veriş saatı və növü kimi bir çox kriteryaları dəyərləndirir. Bu texnologiya ilə Mastercard bankları yüksək riskli kartlar mövzusunda sürətli şəkildə və hətta fırıldaqçılıq halı baş tutmadan xəbərdarlıq edir.

Mastercard-ın yeni buraxdığı “Early Detection System” (Erkən Aşkarlama Sistemi) isə banklara və ödəniş qurumlarına kartların və hesabların təhlükəsizliyini təmin etmək üçün fırıldaqçılığı ilkin mərhələdə aşkarlama imkanı verir.

Mastercard-ın geniş şəbəkəsi ilə daxili və xarici resurslardan yararlanan sistem kartın və ya hesabın risk altında olduğunu aşkar etdiyi zaman dərhal bank və ödəniş qurumlarına bu riskin səviyəsini də göstərən bir bildiriş göndərir.

Beləliklə, fırıldaqçılıq baş tutmadan əvvəl lazımi tədbirlərin görülməsi, bu cür halların qarşısını alınmasını təmin edir. Mastercard bu yeni sistemi sayəsində fırıldaqçılıq halını ənənəvi üsullarla müqayisədə 6-18 ay daha tez aşkarlaya bilir.

Günel

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə