Mavi balina oyununun daha bir qurucusu saxlanıldı

21-06-2018 / 16:46

Rusiyada 2015-ci ildə çıxan və bütün dünyada 130-dan çox insanın ölümünə səbəb olan Blue Whale (Mavi Balina) oyununun qurucuları ilə əlbir olan bir nəfər də həbs edilib.

Xeberler.az xarici mediaya istinadən xəbər verir ki, Nikita Nearonov adlı bu rusiyalı gənc 10 uşağın intihar hadisəsində şübhəli bilinir.

Onun daha 40 nəfərlik bir qrup ilə də oyun ilə bağlı yazışmalar apardığı məlum olub.

Qeyd edək ki, polis onun çox ağıllı olduğunu və Moskvada maliyyə mütəxəssisi kimi yüksək maaşlı bir işdə işlədiyini bildirib.

Nearonov öz qurbanlarını klassik qaydada Whatsapp və Facebook ilə yox, Rusiyada geniş istifadə edilən VK və telegram vasitəsi ilə seçirmiş.

Xatırladaq ki, 2015-ci ildə Rusiyada psixologiya oxuya bir tələbə Filip Boedik tərəfindən yaradılıb. Keçən bu şəxsə 16 uşağın intihar etməsinə səbəb olduğu üçün 3 il həbs cəzası verilib. Bundan sonra ölümlərin dayanmadığını görən polis işi araşdıraraq oyunun yaradıcılarından daha bir nəfəri İlya Sidorovu həbs edib.

Qeyd edək ki, Blue Whale adlanan bu oyun 50 gün çəkir. Bu günlər ərzində istifadəçi müxtəlif tapşırıqları yerinə yetirməlidir. Bu tapşırıqların sonuncusu isə intihar etmək tapşırığı olur.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.