Mədəniyyət Nazirliyinin strukturu və idarə edilməsi təkmilləşdirilir- Fərman

16-01-2019 / 10:39

Prezident İlham Əliyev Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Xeberler.az  bildirir ki, fərmana əsasən, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilir.

Mədəniyyət Nazirliyinin tabeliyində yeni, mütərəqqi və ölkənin bütün ərazisini əhatə edəcək kitabxana sisteminin yaradılması, habelə mədəniyyət və təhsil xidmətləri göstərən qurumların (mədəniyyət mərkəzləri, klublar, musiqi məktəbləri, rəsm qalereyaları və s.) fəaliyyətində səmərəliliyin artırılması məqsədilə təkliflər hazırlanması üçün komissiya təşkil olunur. Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdirinin sədrliyi ilə yaradılan komissiyanın tərkibinə mədəniyyət naziri, Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsi müdirinin müavini, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini və digər dövlət qurumlarının təmsilçiləri daxildir.

Fərmana əsasən, yaradılan Komissiya beynəlxalq təcrübəni nəzərə almaqla, aşağıdakılarla bağlı təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Buraya informasiya-kommunikasiya texnologiyalarının imkanları, habelə mövcud tələbat nəzərə alınmaqla, ölkədə kitabxana sisteminin yenidən qurulması, dövlət mülkiyyətində olan muzeylərin inventarizasiyasını apararaq, onların fəaliyyətinin optimallaşdırılması və daha təkmil muzey fəaliyyətinin təşkili, Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi məktəblərinin inventarizasiyasını aparmaqla, onların fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə inzibati-ərazi vahidləri üzrə daha kompakt təşkili və s. daxildir.

Fərmana əsasən, təqdim olunacaq təkliflər əsasında ölkədə yeni kitabxana sistemi formalaşanadək nazirliyin tabeliyindəki mövcud kitabxanalar öz fəaliyyətini davam etdirəcək.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.