Mədəniyyət obyektlərinin 3D panoraması yayımlanıb

14-05-2012 / 19:24
Baku3d.az saytı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə mədəniyyət obyektlərinin 3D panoramasını yayımlayıb.
Əsasən Bakı və onun ətrafındakı məscidlər, parklar, teatrlar, kinoteatrlar, muzeylər, təhsil və idman obyektlərinin virtual turları hazırlanıb sayta yerləşdirilib.
Turizmin inkişafı, tanıtım məqsədi ilə yaradılan bu saytda obyektlərin virtual turlarından başqa informasiya mətnləri də yerləşdirilib. Daha öncə baku3d.az saytı bütün İçəri Şəhərin 150 nöqtədən 3D panoramalarını yayımlayıb.
Xatırladaq ki, baku3d.az saytı Azərbaycanda ilk dəfə olaraq google map ve gomap xəritələrinin üzərindən 3D panoramaları nümayiş etdirən bir sayt kimi bu ilin yanvar ayından istifadəyə verilib.
Qısa müddət ərzində çox sayda restoranlar, otellər, mağazalar, butiklər, avtosalonlar və s. sayta əlavə olunub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə