"Mədəniyyət" TV 14 Fevralda açılacaq

03-02-2011 / 19:29

“Mədəniyyət” kanalı fevralın 14-də fəaliyyətə başlayacaq

Bu barədə Mədəniyyət və Turizm Nazirliyində Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) QSC-nin rəhbərliyi ilə keçirilən görüşdə bildirilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev AzTV-nin nəzdində “Mədəniyyət” kanalının yaradılması münasibəti ilə televiziya kollektivini təbrik edib, daim Azərbaycan Televiziyası ilə əməkdaşlıq edən nazirliyin gələcəkdə də bu əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Son illər ölkənin mədəni həyatında atılan uğurlu addımlardan danışan nazir deyib ki, ölkə prezidenti təkcə mədəniyyət sahəsini əhatə edən 300-dən artıq sənəd imzalayıb. Əsaslı yenidənqurma işləri və mədəni islahatlar sayəsində Bakı regionun mədəni paytaxtına çevrilib. Ölkə beynəlxalq mədəni arenada layiqli təmsil olunur, həmçinin bir sıra nüfuzlu beynəlxalq müsabiqələrə, festivallara ev sahibliyi edir. Nazir “Mədəniyyət” kanalının bütün bu proseslərin daha geniş formada işıqlandırılmasına və təbliğinə duyulan ehtiyacı ödəyəcəyinə ümid etdiyini deyib.

AzTV-nin sədri Arif Alışanov isə kanalın əsas məqsədinin Azərbaycan mədəniyyətini dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ etmək, ölkədə gedən mədəni islahatlarla yanaşı milli-mənəvi dəyərləri, tarixi memarlıq nümunələrini və turizm potensialını təbliğ etmək olduğunu bildirib: “Mədəniyyət kanalının uğurlu fəaliyyəti üçün Azərbaycan Televiziyasının kifayət qədər təcrübəsi, zəngin fondu, müasir texniki təchizatı və peşəkar kadr potensialı var. Fevralın 14-dən fəaliyyətə başlayacaq yeni kanal həm yerüstü ötürücülər, həm də peyk vasitəsi ilə yayımlanacaq”.Görüşdə yeni yaradılacaq kanalda yayım planlaşdırması, proqram və mövzu müxtəlifliyi, əməkdaşlıq imkanları müzakirə edilib


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə