Mədəniyyət və Turizm Nazirliyində İKT şöbəsi ləğv edildi

03-04-2015 / 18:24

Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən “Analitik təhlil və proqram təminatı” şöbəsi ləğv edilib. Bu şöbə uzun müddət nazirlikdə informasiya texnologiyaları ilə əlaqəli məsələlərin  icrası ilə məşğul olub.

Xəbərlər-in əldə etdiyi məlumata görə, ləğv olunan şöbənin yerində “Texniki təchizat və  proqram təminatı” şöbəsi yaradılıb və bundan sonra İKT ilə bağlı bütün fəaliyyətlər bu şöbədən həyata keçiriləcək. Şöbə daxilində İKT ilə əlaqəli  sektorun da yaradılması nəzərdə tutulmayıb.

Həmçinin nazirlikdə daha bir yeni struktur da yaradılıb.
Belə ki, nazirlikdə ictimaiyyətlə əlaqələr , mətbuat və elektron resurslarla bağlı sahəyə məsul olan yeni bir şöbə  - “İnformasiya  və ictimaiyyətlə əlaqələr” şöbəsi yaradılıb.

Qeyd edək ki, əvvəllər ictimai əhəmiyyət kəsb edən məlumatların hazırlanması və ötürülməsi ayrı-ayrı qurumlara həvalə edilmişdi. İndi isə bu fəaliyyətlər bir mərkəzdən idarə olunacaq. İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin daxilində isə 3 struktur (İnformasiya, elektron media və resurslarla iş sektoru, qeyri hökumət təşkillatları ilə iş sektoru, ictimaiyyətlə əlaqələr və mətbuatla iş sektoru) fəaliyyət göstərəcək.

Məltəm Talıbzadə


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.