Məhkəmə qərarlarının bir hissəsini robotlar verməyə başlayıb

06-05-2019 / 22:46

Azərbaycanda süni intelektlə məhkəmə qərarlarını verilməsinə başlanılıb.

Xeberler.az bildirir ki,  Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti Ramin Qurbanov bildirib. Onun sözlərinə görə, bu məhkəmə sistemində innovasiyaların tətbiqi işləri çərçivəsində mümkün olub. 

Nəticədə artıq 2019-cu ilin əvvəlindən indiyədək 39 mindən artıq məhkəmə qərarı süni intellekt tərəfindən verilib: «Doğrudur bu qərarları konkret hakimlər imzalayır, amma qərarı süni intellekt verir».

R.Qurbanovun sözlərinə görə, süni intellektə həvalə edilən məhkəmə işləri əsasən hüquqi və fiiki şəxslər arasında borcların ödənilməsinə aid olur: «Maraqlı haldır ki, həmin mübahisələrin iddiaçı tərəfi hüquqi şəxslər, cavuabdeh tərəflər isə fiziki şəxslərdir. Belə işlərə qaz, işıq su pulları, mobil operatorun pulunun ödənilməsi, kreditlərin qaytarılması, alimentin ödənilməsi, cərimələr və sair aiddir».

Elektron məhkəmə sistemində qurulmuş süni intellekt məsələni özü araşdırır, məsələn, iddia müddətinin keçib-keçmədiyni dəqiqləşdirir və lazım olan qərarı verir. R.Qurbanovun sözlərinə görə, qərar ani olaraq  - bir neçə saniyəyə verilir: «Bir qədər əvvəl «Azercell»ə aid 400 məhkəmə qərarı 15 dəqiqəyə verildi. Suni intellektin verdiyi qərar məhkəmə qərarlarının bir növüdür, məhkəmə əmri adlansa da, məhkəmə qərarıdır və adi məhkəmə qərarları kimi hüqüqu qüvvəsi var».

Başqa bir maraqlı məqam: süni intellektin verdiyi qərarlardan şikayətlər azdır: «Məhkəmə statistikası göstərir ki, bu qərarlardan narazı qalan, yəni etiraz verənlərin xüsusi çəkisi cəmi 6,8% təşkil edir. Yəni 93 faiz insan bu qərardan razı qalır və qərarları könllü icra edirlər».

R.Qurbanov bildirir ki, məhkəmə sistemində aparılan islahatlar çərçivəsində gələcəkdə süni intellektin tətbiqinin daha da genişlənməsi nəzərdə tutulur: “Gələcəklə artıq ərizəçilər özləri seçəcəklər ki, onların işinə süni intellekt baxsın, yoxsa adi hakimlər».


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.