Məhkəmənin qərarıyla daha bir sayt bloklandı

08-08-2018 / 10:36

Səbail Rayon Məhkəməsi az24saat-org xəbər saytının bloklanmasına qərar verib.

Xeberler.az məlumat verir ki, qərar dünən– avqustun 7-də Səbail rayon Məhkəməsinin hakimi Şahin Abdullayev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin müraciəti əsasında qəbul edib.

Qeyd edək ki, bu haqda saytın rəhbəri Vuqar Qurdqanlı informasiya verib. O və vəkilləri məhkəmədən xahiş ediblər ki, nazirliyin müraciəti ilə daha detallı tanış olmalarına imkan yaradılsın. Ancaq məhkəmə prosesin başqa vaxta ertələnməsinə razı olmayıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məhkəmədə iştirak edən nümayəndələri sözügedən saytın böhtan məzmunlu, qərəzli yazılar yadığını bildiriblər.

Məhkəmə yekunda az24saat-org xəbər saytına müraciətin məhdudlaşdırılmasına qərar verib. Sayt rəhbərliyi qərardan yuxarı məhkəməyə şikayət edəcəyini vurğulayıb.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.