Mehmanxanalarda İnternetin keyfiyyəti monitorinq olunub

10-06-2015 / 10:52

Məlum olduğu kimi, İlk Avropa Oyunlarının açılış mərasiminə 2 gün qalıb və xarici qonaqlar artıq Bakıdadır.

Maraqlıdır ki, Avropa Oyunlarına görə Azərbaycana gələn çoxsaylı idmançıların, qonaqların, turistlərin qaldıqları mehmanxanalarda İnternetin vəziyyəti necədir?

Bütün mehmanxanalar yüksək keyfiyyətli, fiber-optik İnternətlə təmin olunubmu?

“Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sonuncu birgə monitorinq Bakı şəhərində fəaliyyət göstərən 70-ə yaxın mehmanxana və mehmanxana tipli obyektlərdə aparılıb”.

Bu barədə Xeberler.az-a Rabitə və Yüksək Texnologiylar nazirinin birinci müavini İltimas Məmmədov Avropa Oyunları ərəfəsində mehmanxanalarda İnternetin keyfiyyəti ilə bağlı aparılan monitorinqin nəticəsindən danışarkən deyib.

Nazir müavini qeyd edib ki, “Bakı 2015” I Avropa oyunları ərəfəsində mövcud şəbəkələrdə, keyfiyyətli İnternet xidmətinin təşkilində yarana biləcək texniki və texnoloji problemlərin əvvəlcədən müəyyənləşdirilməsi və müvafiq tədbirlərin görülməsi məqsədilə nazirlik intensiv olaraq monitorinqlər həyata keçirilir. Qurum rəsmisinin sözlərinə görə, monitorinqin nəticələri göstərir ki, bütün mehmanxana və mehmanxana tipli obyektlərdə İnternetə pulsuz və yüksəksürətli çıxış imkanı mövcuddur: “Bununla yanaşı, İnternet xidmətinin təşkilində yarana biləcək problemlərin operativ şəkildə aradan qaldırılması ilə bağlı ölkədə fəaliyyət göstərən bütün İnternet xidmət provayderləri və operatorlarına müvafiq tapşırıqlar verilib”.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə