Məktəblərə yeni İKT avadanlıqlar verilib

18-09-2015 / 14:34

Azərbaycan təhsil müəssisələrinin İKT avadanlıqları ilə təmin olunması üzrə statistika hazırlanıb.

Bu barədə Xeberler.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təhsil müəssisələri cari ildə 3000 ədəd stolüstü kompüter, 2862 ədəd noutbuk, 544 ədəd proyektor, 1182 ədəd Promethean və 1000 ədəd Hitachi lövhələri ilə təmin olunub.

Nazirlikdən o da qeyd edilib ki, tədris ilinin sonunadək təhsil müəssisələrinin İKT avadanlıqları ilə təmin olunması davam edəcək. 

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə