Məktəblilərdən daha bir uğur

14-05-2018 / 10:50

7-12 may tarixlərində Serbiyanın paytaxtı Belqrad şəhərində 35-ci Balkan Riyaziyyat Olimpiadası keçirilib.

Xeberler.az bildirir ki, Olimpiadada ölkəmizi təmsil edən məktəblilər uğurla çıxış edib.

Belə ki, komandanın üzvləri Ramil Cəbiyev, Murad Ağazadə,  Anar Abbaslı və Anar Rzayev olimpiadanın bürünc, Fərid İsmayılov isə həvəsləndirici sertifikata layiq görülüb.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən Fizika, riyaziyyat və informatika təmayüllü, Kimya-biologiya təmayüllü liseylərdə yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində 200-ə yaxın şagird il ərzində olimpiadalara hazırlıq prosesinə cəlb edilib.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə