Məleykə Abbaszadə DİM-də ixtisarların aparıla biləcəyindən danışıb

25-04-2016 / 11:04

"Bir təşkilat kimi fəaliyyət sferamız artırılıb. İndi fəaliyyətimizlə əlaqədar nanotexnoloji sənədlərin, qanunların və s. dövlət qeydiyyatından keçməsi mərhələsindəyik ki, fəaliyyətə başlayaq".

Xeberler.az Report-a istinadən məlumat verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ANS TV-yə müsahibəsində deyib.

Məleykə Abbaszadə bildirib ki, bu il keçiriləcək imtahanlarda heç bir yenilik olmayacaq:

"Cənab prezidentin də fərmanında da qeyd olunub ki, Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alınana qədər iki təşkilat öz fəaliyyətini, vətəndaşlara göstərdikləri xidməti davam etdirəcək. Bizim yüz minlərlə insana xidmət göstərdiyimizi nəzərə alsaq, imtahan verən şəxslər hansı yeniliklərlə qarşılaşacaqları ilə maraqlanırlar. Bu il onlar üçün heç bir yenilik olmayacaq".

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri qeyd edib ki, mərkəz paralel olaraq inteqrasiya proseslərini də başlamalıdır: "Çünki Dövlət İmtahan Mərkəzində yüksək texnologiyalardan istifadə edən iki idarə birləşib. Bizim mərkəz dövlət qeydiyyatından keçəndən sonra hansı departamentlərin qalacağı, hansıların birləşəcəyi məlum olacaq. 

İşçilər arasında müəyyən ixtisarlar ola bilər. Eyni paralel işi həyata keçirən insanlar ola bilsin, ixtisar edilsin".

Xeberler.az     

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.