Məleykə Abbaszadə videokonfrans keçirdi

31-07-2015 / 17:04

Xəbər verdiyimiz kimi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyası ilə əlaqədar iyulun 31-də abituriyentlər üçün videokonfrans keçirib.

Xəbərlər-in verdiyi məlumata görə, konfrans Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində təşkil olunub.

Videokonfransda Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Şirvan, Şamaxı, Şəki və Şərur şəhərlərində yaşayan abituriyentlər onlayn rejimdə iştirak ediblər.

Tədbirdə M.Abbaszadə abituriyentlərə qəbul prosesi ilə bağlı bir çox vacib məlumat və tövsiyələr verib, onları maraqlandıran sualları cavablandırıb.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə