Məlumat Hesablama Mərkəzi açıq tender keçirir

07-01-2017 / 10:33

 Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) “Müəssisə Resurslarının Planlaşdırılması” (Enterprise Resource Planning) proqram təminatının satın alınması üçün ilə açıq tender elan edib.

Xeberler.az qurumun rəsmi saytına istinadən məlumat verir ki, tender 1 lot üzrə keçirilir.

Qeyd edilib ki, proqram təminatının satın alınması üzrə tender o cümlədən alınacaq proqram təminatına texniki dəstək və xidmətin göstərilməsini nəzərdə tutur.

Satın alınan proqram təminatı Məlumat Hesablama Mərkəzi daxil olmaqla Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı şəhərində yerləşən 17 qurumunda tətbiq olunacaq.

Proqram təminatının quraşdırılması və işə salınması ilə əlaqədar görülən işlərin tələb olunan müddəti 2 il nəzərdə tutulur.

Məlumata görə, tender  martın 1-də, saat 15:00-da Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva 185 (köhnə ünvan: Droqal döngəsi 702-ci məhəllə) ünvanında Məlumat Hesablama Mərkəzinin inzibati binasında keçiriləcək.

Tenderdə iştirak etmək üçün tələb olunan sənədlər və digər məqamlar barədə buradan daha ətraflı məlumat əldə edə bilərsiniz.

 

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.