“Mənim 100-lüyüm”dən bayram sovqatı

20-03-2015 / 14:09

Bayram adət-ənənələri bizim qrupumuzdan da yan keçmədi.  "Mənim 100-lüyüm" qrupuna papaq atıldı və İnternetin bizə verdiyi imkanlardan istifadə edərək oxuyucularımız üçün papağı dolduraq dedik. “Mənim  100-lüyüm”ün bayram sovqatı:

İlk Novruz payı Bəxtiyar Hacıyevdən gəldi: Birlik üçün oxu-3. Novruzla Birlik üçün oxu layihəsini birləşdirən əsas ortaq cəhət hər ikisinin insanları birliyə, bərabərliyə səsləməsi və bunu da zövqə oxşar şəkildə etməsidir.

Məhəmməd Türkmən: Rayon adamlarına avtobus bileti hədiyyə edərdim. Rayona getsinlər, qohumları ilə bayramlaşsınlar. Uşaqlar böyüklərin əllərini öpsün. Onlar da bayram payı versinlər. Hamı sevinsin.Uzaqdan, internetdən edilən təbriklər köhnə vaxtlardakı istiliyi, səmimiyyəti vermir.

Əsmər Həsənli təhsil aldığı Litvada ölkəmizi təmsil edərək “Sarı gəlin” mahnısını oxuyub və onu oxuyucularımıza hədiyyə edir : Əsmər Həsənli - "Sarı gəlin"

Abülfəz Sadiqbəyli: Gələcəkdəki maraqlı sorğularımız elə oxucularımıza hədiyyə olsun.

Bir də bayramı evindən uzaqda qeyd edənlər var. Onlardan biri olan Cavid Məmmədov uzaqları yaxın edən Internet vasitəsilə oxuyucularımıza bu videonu hədiyyə edir: Моя любовная история

Hacıbəy Heydərli: Markın bizə hədiyyəsi yaman pis oldu, 12 martdan bu yana səhifəmizdə 30 min azalma var, aktiv olmayan profillər silinib. Ancaq təki ən böyük dərdimiz bu olsun, mən papağımıza xoş diləklərimi qoyuram.

Qax rayonunda yaşayan qrupumuzun üzvü İlahə Səmədlinin hədiyyəsi həmin regiona xas nemətlər oldu: qaxac, qoz, fındıq, şabalıd, Qax suyu, xəlyar.

“Əlfəcin”in buraxılışlarından biri də Turanə Hüseynlidən papağımıza Novruz sovqatı oldu: Əlfəcin - DJ Fateh (Səhifə 4)

Fidan Həsənzadə imkanı olsa Lampadakı cini qoymaq istədiyini dedi. Kimin nə istəyi varsa lampaya bir toxunuşla yerinə yetsin.

Ülviyyə Əlixanova: Demək olar ki, hər bayram dilimizdə əzbər olan Cavanşir Quliyevin bu bəstəsi də məndən musiqi töhvəsi olsun: "Novruz gəlir, yaz gəlir"

Orxan Əzim qrup adından bütün oxucuların papağına sevgi, səadət, sevinc, uğur göndərdi.

Biz də Xəbərlər.az adından bu Bayram günləri ürəklərində sevgi, mərhəmət, sevinc tumurcuqları pöhrələyən xalqımızı ürəkdən təbrik edirik.
Həyatınızdan bahar təravəti, qapınızdan bayram papağı əskik olmasın. Qırılan tək şey bayram yumurtanız olsun, təki qəlblər qırılmasın.

         
 Günel Hacı


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.