Mentorlar tələbələrin layihəsini qiymətləndirib-Foto

26-05-2018 / 21:24

Məlumat verdiyimiz kimi, dünəndən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) növbəti Startap Günləri keçirilir.

Xeberler.az-ın məlumatına görə, Startap Günlərinin ikinci günü baş tutub.

Bu gün gənc startapçılar üçün yerli ekspertlərin iştirakı ilə təlimlər keçirilib. Həmçinin komandaların İT sektorunda tanınmış simalarla görüşü də baş tutub.

Daha sonra ekspert və mentorlar komandalara birbaşa dəstək və məsləhətlər vermələri ilə Startap Günləri davam edib.

Mentorların birbaşa dəstəyi ilə komandlar layihələrinin ilkin prototipini, təqdimatını hazırlayıb.

Daha sonra komandalar hazırladıqları layihələrin ekspertlər qarşısında 3 dəqiqəlik təqdimatını edib.

Təqdimatdan layihələrin yarışması təşkil olunub və peşəkar münsiflər heyəti tərəfindən 10 ballıq sistemlə qiymətləndirilib.

Startap Günləri Startap Azərbaycan və UNEC-in təşkilatçılığı ilə keçirilir. Layihəyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, YTP və İT-nin İnkişafı Dövlət Fondu dəstək verir.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə