Mənzil almaq üçün elektron xidmət təkmilləşdirilir

20-04-2017 / 10:45

AzInTelecom Mənzil İnşaat Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən MİDA ilə əməkdaşlığa başlayıb.

 NRYTN-dən Xeberler.az-a verilən məlumata görə, müqaviləyə əsasən, MİDA TIER III və ISO 20000 beynəlxalq sertifikatlarına malik Regional Data Mərkəzində əlavə texniki avadanlıq və proqram təminatlarının alınması, quraşdırılması, texniki istismarı üçün vəsait xərcləmədən məlumat itkisi ilə bağlı riskləri minimuma endirən etibarlı infrastruktur əldə edəcək.

Bu da öz növbəsində, digər maliyyə xərclərinə və vaxt itkilərinə qənaət olunmasına imkan yaradacaq.

Bundan əlavə MİDA MMC “Elektron Hökümət Portalı”na inteqrasiya etdiyi “Güzəştli Mənzil” elektron sisteminin davamlılığını təmin etmək məqsədilə  Data Mərkəzinin texniki imkanlarından yararlanmağı planlaşdırır.

Data Mərkəzi tərəfindən təklif edilən müasir texnologiyalar “Güzəştli mənzil” elektron sisteminin səmərəli işinə şərait yaratmaqla yanaşı, habelə mənzil əldə etmək üçün müraciət edən vətəndaşlara yüksək keyfiyyətli xidmət göstərilməsi və onların rahatlığının təmin olunmasına şərait yaradacaq.

Regional Data Mərkəz bulud texnologiyalarına əsaslanan “İnfrastruktur xidmət kimi” (İaaS) həllər (virtual şəbəkə, virtual saxlama, virtual infrastruktur, “backup” və digər) təklif edir.

Büdcə xərclərinin optimallaşdırılması və idarəetmənin avtomatlaşdırılmasına yönələn İaaS xidmətləri potensial müştərilərinə texniki avadanlıq və proqram təminatlarının alınması, quraşdırılması, texniki istismarı üçün vəsait xərcləmədən məlumat itkisi ilə bağlı riskləri minimuma endirən etibarlı infrastruktur əldə etmək imkanı yaradır.

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.