Mənzillərin elektrik şəbəkəsinə qoşulması üçün tariflər azaldılıb

07-08-2018 / 14:01

Bu ilin yanvar-iyul aylarında Azərişıq ASC-yə ASAN xidmət vasitəsilə göstərdiyi 13 xidmət üzrə 101 min müraciət edilib.

Xeberler.az məlumat verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Azərişığ-ın Perspektiv inkişaf və ASAN xidmət-lə iş idarəsinin rəisi Elsevər Rüstəmli bildirib.

O deyib ki, təmsil etdiyi qurumun ASAN xidmət və ASAN kommunal mərkəzləri vasitəsilə abunəçilərə göstərdiyi xidmətlərdə yeniliklər edilib: “Bir neçə gün bundan əvvəl Nazirlər Kabineti əhali abunəçilərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı 327 nömrəli qərar verib. Həmin qərara əsasən evinə, bağına və ya həyətinə 20 kVt-a qədər mövcud 0,4 kV-luq şəbəkədən, 1 fazalı xətlə elektrik enerjisi çəkdirmək istəyən abunəçilər üçün qoşulma haqqının vahid məbləği müəyyən edilib. Əvvəlki qayda ilə müqayisə etdikdə birmənalı şəkildə demək olar ki, məişət abunəçilərinin elektrik şəbəkəsinə qoşulması üçün tariflər azaldılıb.”

E.Rüstəmlinin sözlərinə görə, paralel olaraq Azərişığ-ın ötən ayın sonunda tətbiq etdiyi başqa bir yeniliyə görə artıq istehlakçıların enerji təchizatı sxeminin dəyişdirilməsi - birfazalıdan üçfazalıya və ya əksinə, abunəçilərə yeni kodların verilməsi, sahibkarlıq obyektlərində istənilən səbəbdən sayğac əvəzlənməsi yalnız ASAN Xidmət və yaxud ASAN Kommual mərkəzləri vasitəsi ilə həyata keçirilir.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.