Mərkəzi Bankdan Bitcoin açıqlaması

12-02-2018 / 18:45

Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycan əhalisini kriptovalyuta almaqda ehtiyatlı olmağa çağırıb.

Xeberler.az bildirir ki, baş bankir qeyd edib ki, ilin əvvəlində bu istiqamətdə müəyyən qiymətləndirmələr aparılıb:

"Bildiyiniz kimi, bu  sahədə qərarlar sərtləşdi. Davos forumunda kriptovalyutalar ətrafında   müzakirələr aparıldı. İlin əvvəlindən qiymətlərdə enmələr müşahidə olundu. Ona görə də əhali kriptovalyuta almaq istəyərkən olduqca diqqətli olmalıdır".

Qeyd edək ki, son aylar məşhur kriptovalyuta sayılan Bitcoin-ə təlabatın artması ilə bağlı məlumatlar yayılırdı.

 

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.