Mərkəzi Elmi Kitabxanada İT-dən istifadə genişləndirilir

12-01-2016 / 13:10

 Mərkəzi Elmi Kitabxananın (MEK) 2015-ci ildəki fəaliyyətinə dair hesabat iclası keçirilib.

Xeberler.az-ın məlumatına görə,  tədbirdə qeyd edilib ki, MEK-də bir sıra struktur islahatları aparılıb və kitabxananın yeni Nizamnaməsi təsdiq edilib.  Belə ki, Milli Rəqəmsal Yaddaş, İnformasiya texnologiyalarının hazırlanması və tətbiqi, İnnovativ layihələr adlı yeni şöbələr, həmçinin İctimai Səhiyyə bölməsi yaradılıb. Bundan başqa, kitabxananın Elmi Şurası ləğv edilib, əvəzində isə İdarə Heyəti, Daxili Nizam-intizam komissiyası və İnformasiya Mənbələrinin Qiymətləndirilmə Komissiyası yaradılıb.

Vurğulanıb ki, ötən il kitabxananın strukturunda İnformasiya Resursları Mərkəzi yaradılıb, mərkəzə informasiya texnologiyalarının hazırlanması və tətbiqi, milli rəqəmsal yaddaşın formalaşdırılması, innovativ layihələrin hazırlanması və icrasına nəzarət funksiyaları həvalə edilib.

Sonra MEK-də  informasiya texnologiyalarının hazırlanması və tətbiqi sahəsində İT üzrə texniki dəstək, dizayn, tərtibat və rəqəmsallaşdırma istiqamətində görülmüş işlərindən bəhs edilib. İnnovativ layihələrin tətbiqi, Vahid İdarəetmə Sistemi üçün kitabxana modullarının hazırlanması və sınaq məqsədi ilə istifadəyə verilməsindən danışan natiq əməkdaşların iş prosesindəki inkişafına nail olmaq üçün təşkil edilən təlimlərə də toxunulub.

Elektron avadanlıq və məlumat bazalarının köçürülməsi zamanı İRBİS proqramındakı verilənlər bazasının çox çətinliklə də olsa bərpa edildiyini bildirilib. İşçilərə məxsus elektron məlumat, sənəd və faylların surətinin çıxardılaraq yeni binada işçilərin istifadəsinə verildiyini qeyd edilib.

Sonda Milli Rəqəmsal Yaddaş layihəsi üçün elmi informasiyanın qarşılıqlı mübadiləsini təmin etmək məqsədilə AMEA-nın institut və təşkilatlarının aidiyyatı şöbələrindən olan nümayəndələrin, o cümlədən elmi katiblər, elmi işlər üzrə direktor müavinlərinin iştirakı ilə informasiya nübadiləsinin əlaqələndirilməsinin müzakirəsinə dair tədbirlərin keçirilməsi tövsiyə olunub.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.