Mərkəzləşdirilmiş data mərkəzi elektron xidmətlərin göstərilməsi sahəsində hansı müsbət dəyişiklikləri vəd edir?

21-01-2019 / 10:13

Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2019-cu il tarixli fərmanında diqqət edilməsi zəruri olan məqamlardan biri də mərkəzi icra hakimiyyəti orqanlarının informasiya sistemlərinin mərkəzləşdirilmiş qaydada təşkili barədə tələbdir. İmzalanmış yeni fərmanın 11.1-ci bəndinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının informasiya sistemlərinin inventarizasiyasını və ekspertizasınının həyata keçirilərək bu sahədə idarəetmənin təkmilləşdirilməsi və xərclərin optimallaşdırılması, o cümlədən mərkəzi icra hakimiyyəti orqanlarının elektron informasiya sistemlərinin fəaliyyətinin mərkəzləşdirilmiş qaydada Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin data mərkəzi vasitəsilə həyata keçirilməsinə dair təkliflərin altı ay müddətində hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tələb edilir.

Əlsində ölkəmiz üçün yeni hesab olunan bu yanaşma informasiya texnologiyaları infrastrukturu inkişaf etmiş ölkələrdə uzun müddətdir uğurla tədbiq edilir. Dövlət qurumlarının ortaq data mərkəzindən istifadə etmə təcrübəsinə dair ən yaxşı nümunə Cənubi Koreya Respublikasına aiddir. Günümüzdə Cənubi Koreya Respublikasına aid 48 dövlət qurumuna aid informasiya sistemləri vahid data məzkəzində birləşdirilib.

Hər keçən gün həcmi sürətlə artan və dövlət xidmətlərinin göstərilməsi üçün zəruri əhəmiyyət kəsb edən məlumların pərakəndə şəkildə saxlanılması, bu məlumatların təhlilini və səmərəli istifadəsini olduqca çətinləşdirir. Bundan əlavə, belə qarışıq struktur dövlət tərəfindən vahid standartların tədbiq olunmasında və informasiya resusrların ortaq istifadə prosesində maneələr yaradır.

Dövlət qurumları xərclərə qənaət edəcək

Kompaktlaşma qərarını iqtisadi səmərəlilik və xərclərə qənaət baxımdan da doğru yanaşma kimi qiymətləndirmək olar. Bu qərar ilə birlikdə onlarca dövlət qurumu tərəfindən ayrılıqda data mərkəzlərinin yardılması və onların saxlanılmasına sərf olunan vəsaitə qənaət ediləcək. Dövlət qurumları mövcud data mərkəzləri üçün yeni avadanlıqların alınması, proqram təminatının lisenziyalarının yenilənməsi, elektrik enerjisi, internet bağlantısı, sistem inzibatçılarının maaşları, təhlükəsizlik ilə bağlı qayğılar və s. kimi məsələlərə mütəmadi investisiyalar etməkdən azad olacaqlar.

Dövlət xidmətləri buludda!

Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən istifadə ediləcək ortaq data mərkəzi həmçinin dövləq qurumlarında bulud texnologiyalarının sürətlə yayılması üçün zəmin yaradacaq. Dövlət qurumlarında bulud texnologiyalarından istifadənin yayılması və strateji əhəmiyyət kəsb edən bütün dövlət informasiya sistemlərinə aid məlumatların vahid mərkəzdə toplanması elektron hökümət quruculuğuna da müsbət təsir edəcək. Dövlət xidmətlərinin elektron hökümət portalı vasitəsi ilə həyata keçirilməsinin ilk addımı hesab edilən məlumatların qurumlararası ortaq standartlar əsasında paylaşılması problemini də həll edəcək.

Mövcud risklər nələrdir?

Bütün dövlət qurumları mərkəzləşdirilmiş data mərkəzinə keçidə texniki baxımdan hazır olmalıdır. Bununla bağlı qurum daxilindəki mövcud IT infrastruktur yanaşması yenidən dəyərləndirilməlidir və bu yanaşma mərkəzləşdirilmiş data mərkəzindən istifadəyə uyğunlaşdırılmalıdır. Bundan əlavə, məlumatların köçürülüməsinin bütün detalları ən incə məqamlarına kimi planlanmalıdır. Əks təqdirdə qurum daxilində istifadə olunan daxili proqram təminatlarında və bəzi hallarda dövlət informasiya sistemlərinin fəaliyyətində fasilələr yarana bilər.

Məlumatlar daha dəyərli olacaq

Dövlət qurumları daxilində yerləşən data mərkəzlərinin funksiyası bu günə kimi məlumatların toplanılması və saxlanılmasından ibarət olub. Lakin mərkəzləşdirilmiş data mərkəzində toplanan məlumat dövlət xidmətlərinin daha keyfiyyətli göstərilməsi məqsədi ilə analiz edilə biləcək. Bu məlumatlar “big data analytics” və “data mining” kimi emal proseslərindən keçirildikdən sonra təkrar dəyərləndirilərək xüsusilə də elektron hökümət quruculuğu sahəsində önəmli qərar dəstək vasitəsi kimi istifadə edilə biləcək.

Rüstəm Həsənov


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə