Mesajlaşma proqramında pul göndərmək mümkündür

13-08-2015 / 13:23

Blackberry-nin xüsusi mesajlaşma tətbiqi BBM-də PayPal ödəniş sistemi ilə pul göndərmək mümkün olacaq.

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə BBM istifadəçiləri artıq PayPal ilə bir-birinə pul göndərə biləcək.

"Send Money" bölməsindən istifadə edərək, istədiyiniz məbləği seçib qarşı tərəfin PayPal hesabına pul köçürmək mümkün olacaq. Bunun üçün istifadəçi PayPal hesabı ilə BBM hesabı arasında əlaqə yaratmalıdır.

Hazırda bu sistem Kanada da fəaliyyət göstərsə də tezliklə bütün dünyada da istifadə olunacağı  gözlənilir.

                            Ağasəf Haqverdiyev

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə