“Məşəli belə liderə təslim etdiyim üçün xoşbəxtəm”

31-08-2017 / 12:22

Bir müddət əvvəl məlumat verdiyimiz kimi, Uber-ə yeni icraçı direktor təyin edilib.

Belə ki, bu vəzifəyə CEO Expedia-nın CEO-su Dara Khosrowshahi gətirilib.

Xeberler.az bildirir ki, şirkət rəsmi Twitter hesabından məlumatı təsdiqləyib.

Uber-in əvvəlki CEO-su Travis Kalanick mediaya açıqlmasında qeyd edib ki, yeni direktora xoş gəldin demək onun üçün xoşdur:

“Dara Khosrowshahi bir komandanın qurulması üçün dərin ehtirasla Expedia-nı dünyanın ən uğurlu səyahət və texnologiya şirkətinə çevrib. Uber-in yeni CEO-suna səs vermək mənim üçün çox önəmli an idi və məşəli belə ilham veren bir liderə əmanət etdiyim üçün çox xoşbəxtəm”.

Şirkət Twitter hesabından yeni CEO-nun komanda ilə ilk görüşünün fotolarını da paylaşıb:

Qeyd edək ki, bu vəzifəyə ilk namizədlər Meg Whitman (Hewlett Packard Enterprise şirkətinin icraçı direktoru) və Jeff Immelt (GE-nin keçmiş icraçı direktoru) idi, lakin bu adlar təklifi qəbul etməyib.

 Yeni CEO kimdir?

1969-cu ildə Tehran şəhərində anadan olan Dara Khosrowshai 1978-ci il İran inqilabından sonra ABŞ-da yaşayan immiqrant ailəsinin övladıdır. Xosrowşahi Brown Universitetində Elektrik Mühəndisi olaraq təhsil alıb, ABŞ Networks-də uzun illər idarəçi işlədikdən sonra Expedia-ya köçürülən təcrübəli icraçıdır.

2005-ci ildən etibarən Expedia dəyərini təxminən üç dəfə artırdı və 2017-ci ilin ilk 8 ayında 32 faiz artım Khosrowshahi-nin rəhbərliyindəki müvəffəqiyyətini göstərdi.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə