Məşhur aktyorun 1 milyon yatırım etdiyi layihə bağlandı

03-04-2018 / 18:52

Son vaxtlar dünyada bütün sahələrin startap, ümumiyyətlə, texnologiya dünyasına marağı müşahidə edilir.

Belə ki, bir çox tanınmışlar, müxtəlif sahələrdə olan iş adamları texnoloji layihələrlə yaxından maraqlanır, onlara yatırım edir, gələcək inkişafına dəstək verir.

Müğənnilərin bu sahəyə ciddi marağı isə xüsusi diqqət çəkir.

Türkiyədə də son dövrlər müğənnilərin, sənətçilərin, aktyorların təşəbbüskarlıq, İT biznes ilə yaxından maraqlandığını müşahidə edirik. Cem Yılmaz, Tuba Büyüküstün, Mustafa Sandal həmin adlar sırasındadır.

Həmçinin, bir çox filmləri ilə tamaşçıların rəğbətini qazanan məşhur aktyor Halit Ergençin texnologiya dünyasına marağı müşahidə edilir.

O, 2014-cü ildə Aziz Akgülün hazırladığı Pondr adlı layihəyə 1 milyon dollar sərmayə qoymaqla texnalogiya aləminə daxil olub.

Lakin onun yatırım etdiyi layihə uğur qazana bilməyib.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Pondr bu yaxınlarda fəaliyyətini dayandırıb.

Qeyd edək ki, yarandığı ilk vaxtlarda Pondr App Store-də ən sevilən tətbiqlər sırasına daxil olmağı bacarmışdı.

Insatgram ilə oxşar zaman tunelinə malik olan tətbiq iki şəkli yan-yana yerləşdirə biləcəyiniz bir platforma idi. Sonralar FacebookTwitter də bu xidməti təqdim etdi. Bununla da Pondr-a olan maraq azaldı.

Həmçinin, zaman keçdikcə Pondr gözlənilən yenilikləri etmədi. Bu da onun öz istifadəçi kütləsini itirməsinə səbəb oldu.

Hazırda Pondr tətbiq mağazalarından qaldırılıb.

Elşən Abdulkərimov


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə