Məşhur İT şirkətlər Bakıya gəlib

04-12-2017 / 13:09

Məlum olduğu kimi, sabah Bakıda 5-8 dekabr tarixlərində Bakı şəhərində 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Bakutel-2017 sərgi-konfransı keçiriləcək.

Bununla da Yüksək Texnologiyalar Həftəsinə start veriləcək. Bu il Bakutel sərgisində 20 ölkəni təmsil edən 192 şirkətin iştirakı gözlənilir.

Xeberler.az bildirir ki, bu barədə bugünkü mətbuat konfransında tədbirin əsas təşkilatçısı olan ITE Group şirkətinin regional direktoru Edvard Strun məlumat verib.

Qeyd edilib ki, şirkətlər  arasında Azərbaycan, Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Finlandiya, Fransa, İsveç, Niderland Krallığı, Türkiyə və digər ölkələr var.

Belə ki, sərgiyə ilk dəfə qatılacaq iştirakçılar arasında BMC Software, Hikvision, Qmatic, Nexus Telecom və digər yerli şirkətlər var.

Məlumata görə, bu il dünyanın 10 ölkəsi – Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, İran, İtaliya, Fransa, Kanada, Sloveniya, Türkiyə, Gürcüstan və Xorvatiya milli pavilyonlarında innovativ layihələr, eləcə də İKT sahəsində məhsul və xidmətlərini təqdim edəcək.

Sərgi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurum və müəssisələri eyni milli pavilyonda məhsul və xidmətlərini, həyata keçirdiyi layihələri təqdim edəcəklər.

Stenddə telekommunikasiya, poçt, yüksək texnologiyalar, o cümlədən nanotexnologiyalar, “Elektron hökumət” və “Elektron imza” infrastrukturu, Data Mərkəzi-in bulud texnologiyası əsasında xidmətləri üzrə həyata keçirilən layihələr və  əldə edilmiş ən son nailiyyətlər, eləcə də nazirlik tərəfindən dəstək alan bir sıra startap layihələr nümayiş olunacaq.

 O da qeyd edilib ki, sərgidə bu startaplara böyük diqqət yetirilir. Ümumilikdə, sərgi çərçivəsində 20 məhsul təqdim olunacaq.

Bu məhsullar arasında düz qamətin formalaşdırılmasına kömək edən Spinal qurğusu və mobil tətbiqi, Azərbaycan apteklərində lazımı dərman preparatını asanlıqla və istənilən vaxt tapmaq üçün Tabletka.az tətbiqi, VeloKuryer kuryer şirkəti, əl ilə çəkilmiş istənilən eskizi smartfona göndərən və müvəqqəti mürəkkəbi olan Wand qələmi, eləcə də milli komiks, oyuncaq, animasiya və vətənpərvərlik ruhunda videoların hazırlanması istiqamətində iş aparan İRS Cizgi komandasının məhsulları yer alır.

Məltəm Talıbzadə

 

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə