Məşhur müğənni Bitcoin-dən sərvət qazandı

25-01-2018 / 12:43

ABŞ-ın məşhur rep sənətçisi 50 Cent də 2014-ci ildə təqdim etdiyi albomu Animal Ambition –ı Bitcoin ala bilmənin mümkün olduğunu açıqlamışdı.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, 4 ildir hesabını istifadə etməyən müğənni Bitcoin-dən 8 milyon dollar qazanıb.

Xatırladaq ki, 2014-cü ildə Bitcoin-in qiyməti 662 dollar idi və 50 Cent-in Animal Ambition albomu yalnız 20 dollar idi. 50 Cent Bitcoin-in albom satışlarından 400 min dollar qazanıb.

Daha sonra kripto pulun qiyməti sürətlə yüksəldi və bu ayın əvvəlində 17 min dollara çatdı. Hazırda Bitcoin-in qiyməti 11,000 dollardan yuxarıdır.

Bitcoin pulqabısına illərdir toxunmayan 50 Cent də Bitcoin-lərdən bir sərvət qazandığını öyrənib. Belə ki, albom satışından əldə edilən Bitcoin artıq 8 milyon dollar dəyərindədir.

50 Cent Twitter və Instagram profillərindən məsələ ilə bağlı paylaşım edərək, məlumatı təsdiqləyib:

“Cənub tərəfdən olan bir oğlan üçün bu, pis deyil, özümlə qürur duyuram, Bitcoin-lərimin olduğunu da unutmuşdum”.

Günel


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.