Məşhur müğənninin Twitter hesabı ələ keçirilib

31-05-2016 / 11:53

Dünyanın məşhur amerikalı pop ulduzu Katty Parry-nin 90 milyona yaxın izləyicisi olan Twitter hesabı bir haker tərəfindən ələ keçirilib.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, hakerin paylaşdığı tweet-lərə görə şübhəli bilinən bu problem qısa müddətdə həll edilib və paylaşımlar silinib.

Qeyd edilib ki, hakerin müğənninin hesabındakı paylaşımında anlaşılmayan və kobud ifadələrdən istifadə edilib.

Hakerin kimliyi də bəlli olub. Belə ki, müğənninin hesabına hücum edən şəxs Rumuniyada olan bir Twitter  istifadəçisidir. Hakerin hesabı hansı üsulla ələ keçirdiyi isə məlum olmayıb.

Twitter-də tez-tez  yaşanan hesab ələ keçirilmə hadisəsinə qarşı şirkət rəhbərliyi istifadəçiləri bütün təhlükəsizlik vasitələrindən istifadə mövzusunda xəbərdar edir.

Şirkət hər nə qədər yorucu olsa da, platformaya  hər dəfə daxil olanda telefona gələcək kodla hesabınıza girişi təsdiq etməyinizi tövsiyə edir. Xəbərdarlıq məlumatında qeyd edilir ki, Təhlükəsizlik və Məxfilik parametrlərini bu metodunu akif hala gətirmək Twitter hesabının ələ keçirilməsinin qarşısını alır.

Günel

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.