Məşhur sərgidə təqdim edilən yeni texnologiyalar

07-09-2016 / 15:33

Məlum olduğu kimi, cari il sentyabrın 2-də Almaniyanın paytaxtı Berlin şəhərində istehlak elektronikasının dünya üzrə ən böyük sərgilərindən biri olan  IFA 2016 öz işinə başladı.

Ağıllı saatlar bolluğu, yüksək göstəricilərə malik smartfonlar, Windows soyuducusu və s. 

Xeberler.az ict.az-a istinadən sərgidə nümayiş olunmuş 8 ən maraqlı yeniliyi təqdim edir

Lenovo: Hasselblad smartfon üçün kamera hazırlayıb

Hasselblad True Zoom — Moto Z, Moto Z Force və Moto Z Play smartfonları üçün nəzərdə tutulmuş fotomoduldur. Moto Z seriyası Lenovo şirkətinin modulyar smartfonlarının mükafat xəttini təşkil edir.

Lenovo və  Hasselblad şirkətinin peşəkar fototexnika istehsalçıları mühəndislərinin hazırladığı yeni fotomodul, Z seriyası smartfonlarının foto və video imkanlarının genişləndirmək  imkanına malikdir. Modullar maqnit dayağının köməyilə smartfonun arxa səthinə bərkidilir. İki saniyədən ibarət quraşdırma zamanı Hasselblad True Zoom sadəcə smartfonun arxa səthinə "yapışır", istifadəçi optik yaxınlaşdırma və yaxşı idarəetmə ilə tamqiymətli foto, eyni zamanda videokameranı əldə edir.

Moto Z smartfonlarının Rusiyada payız aylarında satışa çıxarılacağı gözlənilir. Fotomodulun Rusiyada qiyməti hələlik məlum olmasa da, Avropada bu qurğunun dəyəri 300 avro təşkil edəcək.

Qadınlara özəl: Huawei Nova

Huawei Nova-nın hazırlanması konsepsiyası yeni deyil. Çin konserninin bəzi rəqibləri çoxdan bu yanaşmanı müvəffəqiyyətlə tətbiq edirdilər. Əsas mahiyyət ondan ibarətdir ki, orta yaxud yuxarı orta xarakteristikası olan "dəmir" metal və ya şüşə korpusa qablaşdırılır. Nəticədə bazarda "zərif" kimi tanınan, lakin bir çox hallarda "qadın" smartfonu adlandırılan qurğu ortaya çıxır.

Snapdragon 625 enerji-effektiv prosessoruna malik Huawei Nova-nın ekranı 5 düymdür. 12 meqapiksel arxa, 8 meqapiksel ön kameraya malik telefon bir çox digər özəlliklərə sahibdir.

Dünyanın ən böyük oyun noutbuku

Acer şirkəti IFA-da dünyanın ən qalın və ağır (8 kq) noutbukunu təqdim edib. Bundan əlavə, şirkət sərgidə dünyada mövcud olan ən incə (9,98 millimetr) Swift 7 leptopunu da ictimaiyyətə nümayiş etdirib.

Əslində Predator 21 X-ı noutbukdan daha çox, daşınabilən kompüter formatında hazırlanmış “oyun stansiyası” hesab etmək olar. Zahirən o, qatlanmış 21 düymlük ekranı olan nəhəng noutbuk kimi görünür. Qurğuya gözlərin hərəkətini izləyən Tobii texnologiyası da inteqrasiya edilmişdir.  Predator 21 X-in 2017-ci ilin birinci rübündə satışa çıxarılması planlaşdırılır. Qurğunun qiyməti hələlik məlum deyil. 

AXON 7 mini-nin “musiqi mücrü”sü

ZTE şirkəti 5,2 düymlük ZTE AXON 7 mini smartfonunu təqdim edib. Qurğu ilk növbədə öz qiyməti (€300)  və səsiylə maraq doğurub. Aparat əlavə olaraq AKM istehsalı olan Hi-Fi prosessoru ilə təchiz edilib. Bundan başqa, smartfona iki güclü stereodinamika quraşdırılıb. AXON 7 mini 7.1 formatında həcmli səslənməni təmin edən Dolby Atmos texnologiyasını da dəstəkləyir.

Digər parametrlərə gəlincə, qurğu metal korpus, 8 nüvəli Qualcomm MSM8952 prosessoru, 3 Qb əməli, 32 Qb əsas yaddaş və FullHD-ekrandan ibarətdir.

Xperia XZ-in növbəti lideri

Sony şirkəti hər yarım ildə yeni məhsulunu – lider-ini dünya ictimaiyyətinə təqdim etməkdə davam edir. Belə ki, şirkət IFA 2016-da  Loop Surface konsepsiyası əsasında yeni qurğunu nümayiş etdirib. Smartfon Blackberry Priv, Lumia və hətta Lenovo K900-lə oxşardır.

Qurğunun xarakteristikasında ciddi bir yenilik yoxdur: Xperia XZ Qualcomm Snapdragon 820 platformasında hazırlanmışdır və 3 Qb əməli yaddaşa malikdir. USB Type-C birləşdirici elementinə malik smartfon, həm də sürətli enerji doldruma texnologiyasını dəstəkləyir.

Gear S3 ağıllı saatların yeni nəsli

Samsung şirkəti IFA 2016-da ağıllı  Gear S3 saatlarını nümayiş etdirib. Maraqlısı odur ki, qurğu adi saat kimi görünən daşınan qadcetlərdən biri hesab olunur.

Saatlar Always On Display -  “daimi işlək ekran” funksiyasına malikdir və Gear S3-də saat həmişə əks olunacaq. Qurğu IP68 standartı üzrə tozdan və rütubətdən mühafizə olunur ki, bunun sayəsində saatla birgə suda üzmək də mümkündür. Bundan əlavə, qurğu yalnız Samsung smartfonlarında deyil, həm də Android və iOS əsasında olan qurğularda işləyəcək.

WearZenWatch 3 yumru saatları

Asus ZenWatch 2 vaxtilə ən zərif ağıllı saatların istehsalı ilə tanınsalar da, müəyyən çatışmazlıqlar mövcud idi. İstifadəçilərin fikir və təkliflərini nəzərə alaraq şirkət qurğuların yeni nəslini təqdim etdi. Saatın korpusu paslanmayan poladdan hazırlanmışıdr və onun qalınlığı cəmi 9,95 mm təşkil edir. Bunun sayəsində qurğu olduqca səliqəli görünür.

Saat 3 - qara, gümüşü və çəhrayı rəngdə hazırlanıb. Ekranın haşiyəsi isə çəhrayı rəngdədir. Komplektdə dəri kəmərdən əlavə, kauçuk qolbaq da mövcuddur.

Ağıllı soyuducu

Sərgidə təqdim edilən ən qeyri-adi qurğulardan biri də Windows 10 əməliyyat sistemi (ƏS) əsasında işləyən soyuducu idi. Soyuducuda "İşəsalma" düyməsi, Windows Store proqramlar mağazası və Windows 10-un digər elementləri mövcuddur.

İdarəetmə 29 düymlük sensor ekran ilə həyata keçirilir. Ekran şəffaf ola və soyuducu üçün pəncərə rolunda çıxış edə bilr. 2 Qb əməli yaddaşa malik soyuducunun məhsuldarlığı Atom Intel prosessorundan asılıdır. Ağıllı soyuducu məhsulların siyahısını təşkil etmək, onları ailə üzvləri arasında bölüşdürmək kimi imkanlara malikdir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə