Messinin “Facebook”səhifəsi rekord qırdı

08-04-2011 / 01:23

İspaniyanın “Barselona” klubunun argentinalı futbolçusu Lionel Messi daha bir rekorda imza atıb. Futbolçu bu dəfə futbol meydanlarında deyil, “Facebook” sosial şəbəkəsində açdığı səhifə ilə virtual aləmdə rekord sahibi olub.

Andres İnyesta, Jerar Pike və Kriştiano Ronaldo kimi məşhur futbolçulardan sonra “Facebook”a üzv olan Messi, bir saat ərzində 7 milyona yaxın heyranını bir araya gətirə bilib.

Futbolçu sosial şəbəkədə qısa bir müddət ərzində bu qədər böyük bir heyran kütləsini toplamağından çox məmnun olduğunu vurğulayıb. Messi bundan sonra “Facebook” sosial şəbəkəsi vasitəsilə pərəstişkarlarına daha yaxın ola biləcəyini vurğulayıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə