Metro kartlarından nə vaxta kimi istifadə edə biləcəyik?

06-08-2015 / 11:15

Xəbər verdiyimiz kimi, Bakıda avqustun 8-dən etibarən Bakı Metropoliteni stansiyasına daxil olmaq üçün vahid ödəniş kartı kimi BakıKart və BakıKart Məhdud istifadə üçün kartların istifadəsinə başlanılır.

İlkin mərhələdə BakıKart və BakıKart Məhdud istifadə üçün kartlarından BakuBus MMC-yə məxsus avtobuslarda və Bakı metropolitenində gediş haqqının ödənişi üçün istifadə ediləcək.

Xəbərlər-in Report-a istinadən verdiyi məlumata görə, BakıKart və BakıKart Məhdud istifadə üçün kartlarını bütün stansiyaların vestibüllərində və BakuBus MMC-yə məxsus marşrutların Bakıdakı dayancaqlarda quraşdırılımış yeni terminallardan əldə etmək olar.

Qeyd edək ki, BakıKart-ın (plastik kart) qiyməti 2 manatdır və 1 gediş haqqının qiyməti isə 0,20 manatdır. Terminallarda kartın balansını artırmaq mümkündür. Bu növ kart yuxarıda adları çəkilən nəqliyyat vasitələrində daimi istifadə edən sərnişinlər üçün nəzərdə tutulub.

BakıKart Məhdud istifadə üçün kartın qiyməti də 0,20 manatdır. Bu növ karta yalnız satın alınarkən 1,2,3 və ya 4 gediş yükləmək mümkündür. 1 gediş haqqının dəyəri 0,20 manatdır. Termianllarda bu növ kartların balansını artırmaq mümkün deyil. Bu növ kart yuxarıda qeyd edilən nəqliyyat vasitələrindən çox az istifadə edən şəhərin qonaqları və sakinləri üçün nəzərdə tutulub.

Hər iki növ kart heç bir halda geri qaytarılmır.

Qurum Metrokart-ın yeni karta inteqrasiya qaydalarına da aydınlıq gətirib. Belə ki, Metrokart-ın girov dəyəri 2 şəkildə gediş haqqı olaraq istifadə oluna bilər: Metrokart-ın girov dəyəri Metrokart-a gediş haqqı olaraq yüklənir. Metrokart-ın balansı sıfır olduqda atılır və yeni Bakıkart alınaraq istifadə olunur. Metrokart-ın girov dəyəri və balansında olan məbləğ BakıKart-a köçürülərək istifadə edilir.

Metrokart-ın balansında olan gediş haqqı sentyabrın 30-na qədər istifadə oluna bilər. Metrokart-ın girov dəyəri və balansında olan məbəğ BakıKart-a köçürmək istəyən sərnişinlər yeni terminal vasitəsilə Bakıkart-ı alıb istifadədə olan Metrokart-ı ilə birlikdə stansiyanın xəzinədarına təqdim etməlidir.

Bir ədəd Metrokart-ın girov dəyərini və ona yüklənmiş məbləği yalnız bir ədəd Bakıkart-a transfer etmək mümkündür. Metrokart-ı qaytarmaq istəyən sərnişinlər kartın girov dəyərini avqusutn 15-nə kimi stansiyaların xəzinədarlarından geri ala biləcəklər.

Avqustun 15-dən sentyabrın 30-dək Metrokart-ın girov dəyəri sadəcə gediş haqqı kimi istifadə olunacaq.

Sentyabrın 30-dək metropolitendə Metrokart və Bakıkart-ın birgə istifadəsi həyata keçiriləcək. Sentyarın 30-dan etibarən Metrokart-ın istifadəsi dayandırılacaq.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə