Metroda müasir monitorlar quraşdırılıb-Foto

20-05-2016 / 17:23

Memar Əcəmi-2 metrostansiyasında kreativ monitor quraşdırılıb.

Belə ki, monitordan stansiyanın platformasını açıq-aşkar görmək mümkündür. Bununla yanaşı, monitorda Azərbaycan bayrağı da dalğalanır. 

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Xeberler.az-a bildirib ki, monitorun hər iki tərəfində kamera quraşdırılıb. Yəni, bununla da metroya girişin hər iki tərəfini monitorda görmək mümkündür.

Həmçinin, monitorun içində Azərbaycan bayrağı yerləşdirilib.

Belə ki, qatar platformaya yaxınlaşanda monitor küləyi hiss edir və bayraq dalğalanmağa başlayır.

Nəsimi Paşayev bildirib ki, bu monitorlar əsasən reklam yerləşdirmək üçün nəzərdə tutulub.

Qurum rəsmisi qeyd edib ki, bu monitorlardan Avtovağzal stansiyasında 3 , Memar Əcəmi-də isə 2 ədəd quraşdırılıb.

Onun sözlərinə görə, digər metrostansiyalarda da belə monitorlar quraşdırıla bilər. 

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə