Metroda sürətli internet olacaq-Yenilik

17-01-2018 / 11:46

Bakcell şirkəti  Bakı şəhərinin bütün metro stansiyalarında özünün ultra-sürətli 4G LTE mobil internet xidmətini istifadəyə verib.

4G şəbəkəsinin metroda qurulması yüksək həcmdə trafik mübadiləsi tələb edən film izləmək, şelfi çəkib paylaşmaq kimi  xidmətlərin istifadəsini dayandırmaq istəməyən sərnişinlərin çoxdan gözlədiyi hadisədir.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, Bakcell-in LTE şəbəkəsi hazırda Bakı metrosunun 21 stansiyasında (hazırda təmir olunan Sahil  stansiyası istisna olmaqla) mövcuddur.

Bakcell şirkətinin tətbiq etdiyi ən müasir LTE Advanced texnologiyası sayəsində, operatorun abunəçiləri artıq hətta metroda belə saniyədə 225 meqabitə çatan sürətin imkanlarından yararlana biləcəklər. Qeyd etmək lazımdır ki, bu xidmətin hazırda yalnız metro stansiyalarının platformalarında istifadəsi mümkündür.

 “Biz metrodan tez-tez istifadə edən Bakcell abunəçilərinə çox yüksək keyfiyyətli 4G LTE xidmətini təqdim etməkdən böyük qürur hissi duyuruq. Abunəçilərimiz artıq platrofmalarda qatarı gözləyəndə  belə bizim ultra-sürətli mobil internet şəbəkəmizdən yararlanmaq imkanı qazanıblar. Bu bizim üçün böyük nailiyyətdir və əminik ki, bu sahədə gördüyümüz işlər daim mobil olmaq və  bütün məkanlarda genişzolaqlı internetə yüksək sürətli çıxış imkanı əldə etmək  istəyən istifadəçilər tərəfindən yüksək qiymətləndiriləcək”, deyə Bakcell şirkətinin baş icraçı direktoru  Nikolai Beckers bildirib.

4G xidməti sayəsində Bakcell abunəçiləri şirkətin ən müasir LTE şəbəkəsindən faydalanaraq, iri həcmli faylları, demək olar ki, bir göz qırpımında yükləyib göndərmək, musiqi axınlarını buferizasiyanı gözləmədən dinləmək, habelə şəbəkədə ləngimənin cüzi olduğundan onlayn oyunlar oynamaq imkanına malikdirlər.

 

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə