MHM daha bir elektron xidmət üzrə statistikanı təqdim edib

06-07-2015 / 15:13

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi daha bir elektron xidmət üzrə statistikanı təqdim edib.

Xəbərlər-in verdiyi məlumata görə, iyun ayı ərzində istifadəçilər Elektron hökumət portalı vasitəsilə “Rabitə xidmətlərinə görə borcun olmaması barədə arayış” elektron xidmətindən 1011 dəfə faydalanıblar.

Təqdim olunan elektron arayışda sənədin nömrəsi, verilmə tarixi, vətəndaşın tam adı, qeydiyyatda olduğu ünvan, ünvanda qeydiyyatda olan telefon nömrəsi və hansı tarixə rabitə borcunun olmaması barədə məlumat öz əksini tapır. Arayış təqdim olunacaq təşkilat elektron arayışda əks olunan QR-kod və ştrix kod vasitəsi ilə sənədin həqiqiliyini yoxlaya bilər.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.