Microsoft, Facebook və Twitter birləşdi

27-10-2009 / 11:06

Microsoft Bing üzərində sosial şəbəkələrin axtarılması sahəsində əhəmiyyətli addım atıb.

Xeberler.az bildirir ki, bundan sonra Bing üzərindən Twitter və Facebook axtarışları reallaşdırıla biləcək. Hətta Bing, Twitter axtarışları üçün test nəşrə başlayıb.

Bing.com/twitter ünvanı üzərindən başlayan test hələki yalnız ABŞ-dakı istifadəçilər tərəfindən sınanıla bilər. Bu addım iki firma arasında olan razılaşmaya əsasən atılıb. Microsoft-un digər əhəmiyyətli razılaşması isə Facebook-la olub. Artıq Facebook-da iştirak edən ictimai mesajlar da Bing üzərindən axtarılacaq. Xatırladaq ki, Microsoft 2007-ci ildə məşhur ictimai şəbəkə saytının 1,6 faizlik hissəsi üçün 240 milyon dollar ödəmişdir.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə