Microsoft 200 dollardan ucuz noutbuk təklif edir

23-01-2018 / 14:57

Microsoft ABŞ məktəblərində Google-dan birinciliyi geri almaq niyyətindədir.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, bu işdə ona şirkətin tərəfdaşlarının istehsal edəcəyi, dəyəri 189-299 dollar arasında olan ucuz noutbuklar kömək edəcək.

Qurğulara öncədən Windows 10 S (proqram təminatının yalnız Windows Store-un rəsmi mağazasının kataloqundan quraşdırılmasına imkan verən əməliyyat sisteminin məktəb versiyası) quraşdırılacaq.

Microsoft-un korporativ vitse-prezidenti Yusif Mehdinin sözlərinə görə, onun şirkəti adətən ən çox 299 dollar dəyərində satılan Google şirkətinin Chromebook-unun qiymət üstünlüyünü məhv etmək niyyətindədir.

Windows-un leptoplarında isə ofis proqramları və məktəblilər arasında məşhur olan Minecraft oyun-konstruktoru daxil olmaqla proqramların tam versiyalarını istifadə etmək mümkün olacaq.

Bir çox Windows qurğuları touchscreen dəstəyi ilə təchiz ediləcək. Bəzi modellərə isə virtual reallıq dəbilqələrinin dəstəyi quraşdırılacaq.

Xeberler.az

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə