“Microsoft Azerbaijan” gənc mütəxəssislər üçün seminar keçirəcək

18-06-2015 / 21:57

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  Yüksək Texnologiyalar Parkında iyunun 24-də Microsoft Azerbaijan şirkətinin təşkilatçılığı ilə Cloud Camp - Baku seminarı keçiriləcək.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Xeberler.az-a verilən məlumat görə, Cloud Camp - Baku Microsoft şirkətinin tələbələr, mühəndislər və gənc mütəxəssislər üçün təşkil etdiyi qlobal İKT tədbiridir. Cloud Camp - Baku tədbirinin əsas mövzusu bulud mühitidir.

Tədbirdə bulud proqramlaşdırması və idarəetməsi, masaüstü və mobil tətbiqlərin yaradılması, peşəkar inkişaf və sertifikatlaşdırma istiqamətləri əhatə olunacaq.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə