“Microsoft Azerbaijan” yeni layihəyə başlayır

12-05-2015 / 17:36

“Microsoft Azerbaijan” şirkəti mayın 15-də Yüksək Texnologiyalar Parkında “Peşəkar inkişaf və sertifikatlaşma” layihəsinin təqdimatını edəcək.

Xəbərlər-in verdiyi məlumata görə, şirkətdən bildirilib ki, layihə çərçivəsində kompyuter elmləri və mühəndisliyi fakültələrinin tələbələri üçün sertifikatlaşma imkanı yaradılacaq. Bu peşəkar sertifikatlaşma karyera inkişafının təməlini qoyacaq. Layihəyə qoşulan tələbələr “Microsoft”dan ödənişsiz tədris və “Microsoft Technology Associate” imtahanına vauçer əldə edəcəklər.

Qeyd edək ki, “Microsoft” Azərbaycanın təhsil sahəsində həyata keçirilən layihələrində güzəştli şərtlərlə iştirak edir. Şirkət dövlət müəssisələrinin lisenziyalı proqram təminatı ilə təmin edilməsi istiqamətində işlər aparır. (AZƏRTAC)


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.