Microsoft Bakıda böyük tədbir keçirəcək

15-02-2018 / 11:41

Fevralın 28-də Microsoft Azerbaijan şirkətinin təşkilatçılığı ilə Microsoft İnnovasiya Forumu keçiriləcək.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, forum ən müasir texnoloji yenilikləri əhatə edəcək və çoxlu sayda İT şirkətləri, startapları bir araya toplayacaq.

Tədbirdə informasiya texnologiyaları sahəsində şirkət nümayəndələri və mütəxəssislər iştirak edəcək.

“Microsoft İnnovasiya Forumu müasir texnoloji yenilikləri əhatə edəcək yeni layihəmizdir. Forumda bizim ən son məhsullarımızı, bulud texnologiyalarımızı təqdim edəcəyik, Microsoft-un təcrübəsi ilə bölüşəcəyik. Qeydiyyatımız artıq başlayıb və deyə bilərəm ki, tədbirdə Azərbaycanın gənc İT şirkətlərinin, xarici ekspertlərin iştirakını gözləyirik. Bu forum həmdə, bizimlə və digər şirkətlərlə əməkdaşlıq üçün yaxşı platformadır” - deyə, Microsoft Azerbaijan-nın baş direktoru Sərxan Həşimov bildirib.

İnnovasiya Forumu fevral ayının 28-i saat 14:00-da Hilton mehmanxanasında baş tutacaq. Forumda iştirak qeydiyyat əsasında aparılır. Tədbir haqqında ətraflı məlumat və  qeydiyyatdan keçmək üçün buradan ətraflı məlumat ala bilərsiniz.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə